SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün "Transqeyt” şirkəti rəsmi olaraq bağlanıldı.


BAKU.WS
-in məlumatına görə, şirkətin nəzarətində olan bir neçə avtobus da artıq digər şirkətlərə verilib.

Əldə olunan məlumata görə, 189 və 10 saylı avtobus "Çinar-Trans” MMC-yə, 6 saylı avtobus "İqafqaz” MMC, 11 saylı avtobus "Xaliq Faiqoğlu” MMC-yə verilib. 132 saylı avtobus isə hələlik departamentin qarajına daxil edilib.

 

"Transqeyt” şirkətinin tabeliyində olan digər marşrut xətləri isə tamamilə bağlanılıb. Bağlanan marşrutlar  1, 14, 20, 25, 40, 59, 69, 90, 95, 100 və s. idi. İlk öncə Nəqliyyat Departamentindən marşrutların bağlanmasına səbəb kimi orada işləyən avtobusların istismara yararsız olması göstərilirdi.

Xatırladaq ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi.


Qeyd edək ki, bir müddət əvvəl "Transqeyt" şirkəti niyə iflas olur? adlı məqalədə şirkətin iflas olması barədə yazmışdıq. http://az.baku.ws/hot_news/1163-transqeyt-irkti-niy-iflas-olur.html


Ziya Səccad
BAKU.WS