SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən, sonradan yenidən sol ayağı əməliyyat olunan Məmmədova Tərlan Həsən qızının vəziyyəti orta ağırdır.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya açıqlamasında deyib ki, xəstə bir az özünə gəlib, yaraları təmizdir. Xəstənin sağalması üçün uzun müddət lazım olduğunu deyən A.Şəmsəddinskinin sözlərinə görə, T.Məmmədova sabah palataya köçürüləcək: "Xəstə bayram günlərində reanimasiyada saxlanılıb. Vəziyyəti yavaş-yavaş düzələn xəstə sabah palataya yerləşdiriləcək".
 
Mərkəzin direktoru əlavə edib ki, hadisə barədə ekspertizanın rəyi bir neçə günə məlum olacaq. Bu prosesin ən azı bir həftə çəkəcəyini deyən A.Şəmsəddinskinin sözlərinə görə, Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyada hazırlanacaq ekspertizanın nəticəsi üçün bir neçə mütəxəssis rəy verməlidir.
 
Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
 
BAKU.WS