Bu gün açılan "Avtovağzal" stansiyasının yeni görüntüləri yayılıb.
 
BAKU.WS-in məlumatına görə, Avtovağzal metrostansiyasının inşasına hələ 2009-cu ildə başlanılıb. Bu stansiya gələcəkdə Azadlıq meydanına kimi uzadılacaq. Sərnişinlər buraya Cavad xan metrostansiyasından gələ biləcəklər. İndiyədək Bakıda tikilən ən böyük stansiyadır.
 
Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin ikinci stansiyası "Memar Əcəmi-2"-də bu xəttin ilk əsas sahələrindən biridir. Çünki "Memar Əcəmi-2" "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.

BAKU.WS