Sabah 33 dərəcəyədək isti olacaq

Sabah 33 dərəcəyədək isti olacaq
Sosial 258

Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.

Sentyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxşar xəbərlər

Sabah yağış yağacaq, külək əsəcək

Sabah yağış yağacaq, külək əsəcək

Azərbaycanda avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadası...

5 Sosial 14:15 03 avqust 2020

Son xəbərlər