SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, sylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Dekabr ayının birinci ongünlüyünün birinci yarısında ayrı-ayrı günlərdə havanın yağıntılı keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 5-9, bəzi günlərdə 2-4, gündüzlər 8-13, bəzi günlərdə 2-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-34 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-35 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (27-53 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2

dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması yaxın və bir qədər aşağıdır..

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (13-32 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüzlər 6-11

dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-32 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda 6-11 dərəcə şaxta,

gündüzlər 8-13, bəzi günlərdə 1-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 45-106 mm) gözlənilir.

BAKU.WS