VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da havanın dyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-15° isti, gündüz  18-21° isti , Bakıda gecə 13-15° isti, gündüz  19-21°  isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman. Qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz  14-19° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əlverişlidir.
BAKU.WS