Əhaliyə XƏBƏRDARLIQ - İyunun 9-dək...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qurum güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin çoxmərtəbəli binaların, iri gövdəli ağacların, təhülkə yarada biləcək hasarların yanında durmağı məsləhət görmür.
Gürsululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Bunlar nəzərə alınaraq əhalinin çayın hövzəsindən kənarda durmağı məsləhət görülür.
Qeyd edək ki, iyunun 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək.
Oxşar xəbərlər
Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB
Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hidrometeoroloji...
