Bəzi rayonlarda qar yağıb, Neft Daşlarında dalğanın hündürlüyü 4.5 metrə çatıb - VİDEO

Bəzi rayonlarda qar yağıb, Neft Daşlarında dalğanın hündürlüyü 4.5 metrə çatıb - VİDEO
Video
Sosial 64

Martın 31-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar yağıb.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Oxşar xəbərlər

Dolu, yağış, qar - FAKTİKİ HAVA

Dolu, yağış, qar - FAKTİKİ HAVA

Ağstafaya dolu düşüb, bəzi rayonlara qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, faktiki havaya əsasən, ölkə ərazisində hav...

201 Sosial 12:54 31 mart 2023

Son xəbərlər