SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yanvarın 08-nə olan məlumatına əsasən 07-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb. Bakıda və Abşeron yarımadasında da gecə saatlarından yağış sulu qarla qarışıq yağıb.

Qar örtüyünün hündürlüyü: Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm olub.

Düşən yağıntının miqdarı: Lənkəran, Astarada 12.0 mm, Qusarda 11.0 mm, Altıağac, Qubada 10.0 mm, Xaltanda 9.0 mm, Qaxda 6.0 mm, Qrız, Lerikdə 5.0 mm, Göytəpə, Yardımlıda 4.0 mm, Şabran, Göyçay, Şəkidə 3.0 mm, Sabirabad, Neftçala, Ağdamda 2.0 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvan MR-da 9°-dək şaxta, dağlıq rayonlarda 12-16° şaxta olub.

***10:20

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.

Bunu BAKU.WS-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb.

"Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub".

G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb.

"Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib".

BAKU.WS