SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakıda və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Bayram günlərində isə havanın temperaturu aşağı düşəcək”.

BAKU.WS xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, həftə sonu hava yağmurlu keçəcək, dağlıq ərazilərdə qar yağacaq:

“Noyabrın 5-də rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin axşama yaxın yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı güman edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 17-21, dağlarda isə 5-10 dərəcə isti olacaq. Noyabrın 6-da bəzi yerlərdə hava şəraiti yağmurlu olacaq. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında dumanlı hava və qərb küləyi əsəcək. Temperatur aran rayonlarında gündüz 13-17, dağlarda isə 3-7 dərəcə isti olacaqdır. Bakıda və Abşeron rayonunda isə ayın 5-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcəkdir. Havanın temperaturu gündüz 15-17 dərəcə isti olacaq".

O, bildirib ki, bayram günləri hava şəraiti qeyri-sabit keçəcək:

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur da 11-13 dərəcə isti olacaq. Aylıq hava proqnozunda qeyd etdiyimiz kimi, noyabrın ilk 10 günlüyünün ikinci yarısında hava şəraitinin bir qədər qeyri-sabit keçəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir”.

BAKU.WS