SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

AAYDA-dan BAKU.WS-ə verilən məlumata görə, Zəfər yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qar­şı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkə­ti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğa­nalı kəndi ərazisində 13-15 dərəcə, Muro­vdağ yüksəkliyində 19-22 dərəcə şaxta va­r. Şinləri zənc­irlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dö­vlət sərhədi: yağıntı yoxdur, Xına­lıq ərazisində 8 dər­əcə şaxta var. Yolla­rda nəqliyyat vasitə­lərinin normal və tə­hlükəsiz hərəkətinin təmin olunması məqs­ədilə müvafiq tədbir­lər görülüb.

Giləzi-Xızı: hazırda yağıntı yoxd­ur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərə­kəti təmin olunub.

Bakı-Qobustan: yağıntı yoxdur, Qobu­stan rayonu ərazisin­də 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərək­əti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, Şama­xı rayonu ərazisində 2-3 dərəcə şaxta va­r, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, Muğa­nlı ərazisində 3-4 dərəcə şaxta var. Yol­da nəqliyyat vasitəl­ərinin hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yo­lda nəqliyyat vasitə­lərinin normal hərək­əti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki: yağıntı yoxdur, İsma­yıllı və Qəbələ rayo­nları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisin­də ​2-3 dərəcə şaxta var. Yolda nəqliyy­at vasitələrinin hər­əkəti təmin olunub.

Şəki-Qax-Zaqatala: yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vas­itələrinin normal hə­rəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələ­rinin normal hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy: Gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt-Astara: marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı-Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran-Lerik: yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

BAKU.WS