Əhaliyə XƏBƏRDARLIQ - Oktyabrın 3-dən 7-dək ...

Əhaliyə XƏBƏRDARLIQ - Oktyabrın 3-dən 7-dək ...
Sosial 20782

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar xəbərlər

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI

Azərbaycanda gözlənilən hava şəraiti barədə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımada...

1576 Sosial 14:58 27 sentyabr 2021

Son xəbərlər