Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Sosial 7393

İyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-i səhər yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Bildirilir ki, iyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxşar xəbərlər

Güclü külək olacaq - XƏBƏRDARLIQ

Güclü külək olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU....

2087 Sosial 13:56 28 aprel 2021

Son xəbərlər