SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub:

"Bu da dumanın əmələ gəlməsinə şərait yaradır. Fevralın 11-12-də fasilələrlə duman olacağı gözlənilir”.

BAKU.WS