SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail məktəblərin fəaliyyətini yenidən dayandırır.

BAKU.WS xəbər verir ki, bu barədə baş nazir Binyamin Netanyahunun kabinetindən bildirilib. Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə dərslər sentyabrın 17-dən dayandırılacaq.

Məlumatda qeyd edilir ki, yoluxmaların sayının artması ilə bağlı olaraq Səhiyyə Nazirliyi və koronavirusla mübarizə üzrə milli koordinator professor Roni Qamzunun tövsiyyələri nəzərə alınıb. Professor bildirib ki, 10 yaşdan yuxarı olan uşaqlar son bir neçə həftədə İsraildə artan COVİD-19 yoluxmalarının episentrində dayana bilərlər. Bunun üçün də o dərhal 5-ci sinifdən yuxarıda tədrisin dayandırılmalı olmasını məsləhət görmüşdü.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saatda ölkədə 5 mindən artıq yoluxma qeydə alınıb. Ümumi yoluxanların sayı 170 minə yaxınlaşıb.

İsraildə sentyabrın 18-dən etibarən yenidən 3 həftəlik sərt karantin rejimi tədbiq ediləcək. Ölkə vətəndaşlarına ciddi səbəb olmadan evlərindən 500 metr aralanmaq, qapalı məkanlarda 10, küçədə isə 20 nəfərdən artıq şəkildə toplaşmaq qadağan edilib. Dövlət idarələri əməkdaşlarını yarıya kimi azaldacaq. "Yedioth Ahronoth" qəzeti yazıb ki, İsrail dünyada total karantin rejimini təkrar tədbiq edən ilk ölkə olub. 

BAKU.WS