Mehriban Əliyevadan Bilik günü təbriki

15
sen
2020
12:49
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə "Instagram" hesabında paylaşım edib.
BAKU.WS-in xəbərinə görə, paylaşım mətnində deyilir:
"Əziz məktəblilər və tələbələr!
Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!"
Oxşar xəbərlər
Təhsil müəssisələrində tədris prosesinin təşkilinin müvəqqəti Qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşki...