VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyinin əməkdaşları qarlı-şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirən, yolda onların çantalarını daşıyan Yardımlı rayonunun Dəlləkli kənd məktəbinin müəllimi Nəcəf Məhərrəmovla görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdən fotoları nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, ucqar dağ kəndində müəllim işləyən Nəcəf Məhərrəmov təxminən 1 il öncə həmkəndlisinin təsadüfi telefon çəkilişləri nəticəsində bütün ölkədə məşhurlaşmışdı. O, 20 ildən artıq bir müddətdə qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirməyi, yolda onların çantalarını daşımağı, uşaqlara nağıl danışmağı ilə kənd camaatının sevimlisinə çevrilmişdi. Təsadüfən çəkilən bir şəkildən sonra isə Nəcəf müəllim bütün ölkə vətəndaşlarının rəğbətini qazanmışdı. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdiriləndən sonra o, özünün belə xəbəri olmadan məşhurlaşmışdı.

BAKU.WS