Azərbaycanda yeni nazir təyin olundu.

BAKU.WS-in məlumatına görə, Ceyhun Bayramov təhsil naziri təyin olunub. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Facebook hesabında yazıb. 

"Təbrik edirik! Ölkəmiz, təhsilimiz üçün xeyirli-ugurlu olsun!

Prezident İlham Əliyev yeni təhsil nazirinin təyin olunması haqda sərəncam imzalayıb. Dövlət başçısı bu vəzifəyə hazırda nazir səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Ceyhun Bayramovu təyin edib", - deyə Bəşarət Məmmədov qeyd edib.

Abbas
BAKU.WS