SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qubanın Xınalıq kəndi ən ucqar bölgələrdən olduğundan  universiteti başa vuran gəncər, xüsusilə oğlanlar orada  müəllim kimi çalışmaq istəmirlər.

Xınalıq kənd orta məktəbinin direktoru Ənvər Hacıməmmədov Modern.az-a açıqlamasında kənddə işləyən müəllimlərin sayını açıqlayıb.

"Hal-hazırda Xınalıq kəndində 3 gənc müəllim çalışır. Biri Bakının Qobu qəsəbəsindən, biri Qubanın Alekseyevka kəndindən, digəri isə Oğuz rayonundan Xınalığa dərs keçməyə gəlib.

Bakının Qobu qəsəbəsindən gələn müəllim ibtidai sinifdə dərs deyir, Qubadan olan müəllim riyaziyyat fənnini, Oğuzdan olan müəllim isə fizika fənnini tədris edir”. 

Məktəb direktorunun sözlərinə görə, hər 3 xanım işlərini çox sevir.

"Gənc müəllimlər burada hər cür şəraitlə təmin olunub. Onlar Xınalıqda minimim 3 il müddətində dərs deyəcəklər. Çalışarıq ki, 3 ildən sonra da burada qalıb müəllim kimi fəaliyyət göstərsinlər”.