VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu bu gün saat 17:00-da başa çatıb.

Bu barədə BAKU.WS-ə Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

• 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

• 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

• 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

• 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyalar

Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:

• Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;

• Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;

• Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;

• Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

• Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;

• Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;

• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;

• Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;

• Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

• Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;

• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;

• Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;

• Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey;

• Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.

Digərləri:

• Bakı şəhəri Lütfi Zadə adına texniki-humanitar lisey;

• Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

• Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

• Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;

• Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;

• Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

• Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;

• Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;

• Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.

Qeyd edək ki, mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.

BAKU.WS