Təhsil naziri “TEKNOFEST”ın qalib azərbaycanlı şagird və tələbələrini təbrik edib - FOTO

Azərbaycanın təhsil naziri Emin Əmrullayev “TEKNOFEST Azərbaycan” festivalında qalib gələn azərbaycanlı şagird və tələbələri təbrik edib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.
“TEKNOFEST-də qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək”.
Nazir bildirib ki, qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası) tələbələrinin də olması onu çox sevindirib:
“Bu qələbə peşə təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox qürurverici oldu”.
TEKNOFESTdə qalib gələn bütün şagird və tələbələrimizi təbrik edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini həvəsləndirəcək. pic.twitter.com/3GrF1ToP3u
— Emin Amrullayev (@EminAmrullayev) May 29, 2022
Oxşar xəbərlər
İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoydu
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mayın 10-da Füzuli rayonuna səfər çərçivəsində şəhərdə inşa olunacaq Peşə Liseyinin təməlin...
