Naxçıvanda məktəblər açılıb

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, Naxçıvan MR-də bütün ümumtəhsil müəssisələrində ənənəvi tədrisə start verilib.
Məktəblərdə tədris iki növbəli həyata keçiriləcək.
Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib.
Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.
Buna baxmayaraq, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunur.
Oxşar xəbərlər
Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...
