Şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur - RƏSMİ

Şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur - RƏSMİ
Sosial 1209

Təhsil naziri Emin Əmrullayev bildirib ki, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil naziri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində danışıb.

Nazir əlavə edib ki, 2020/2021-ci tədris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır: "Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur. Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır".

Son xəbərlər