Xəzəryanı ölkələr qara kürünün ixrac kvotasından imtina edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran 2023-ci il üçün qara kürünün ixrac kvotasının müəyyən olunmaması barədə qərar qəbul edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə qərar Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 6-cı iclasında qəbul edilib.
Xatırladaq ki, 1992-ci ildə Xəzər dənizinin su bioloji ehtiyatları üzrə qurumlararası komissiya işə başlayıb, 2014-cü ildə isə Həştərxanda “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” saziş imzalanıb. Komissiya “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 29 sentyabr 2014-cü il tarixli sazişin həyata keçirilməsi məqsədilə yaradılıb.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...