Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu halda maşınlar ölkəyə buraxılacaq

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu halda maşınlar ölkəyə buraxılacaq
İqtisadiyyat 395

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu qərar imzalandığı tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Yeni qərar isə vətəndaşlar üçün bir sıra çətinliklər yaradıb. Belə ki, xaricdən avtomobil sifariş edən vətəndaşlar bildirirlər ki, onların xaircdən sifariş etdiyi avtomobillər hələ yoldadır, Həmin avtomobillər isə ən tez halda Azərbaycana 3-4 ay ərzində çatacaq. Yeni qərar isə 30 gündən sonra qüvvəyə minir. Belə olan halda vətəndaşlar avtomobillərin ölkəyə buraxılmayacağından və ciddi zərərə düşəcəklərindən narahatdırlar.

Məsələ ilə bağlı Nazirlər Kabintendən Trend-in soğusuna cavab olaraq bildirilib ki, 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə veriləcək:

"Belə ki, əgər vətəndaş 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edib və müqavilə bağlayıbsa və bu avtomobilin yaşı 10 ildən çox olsa da, ölkəyə buraxılacaq".

Son xəbərlər