Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - VİDEO

Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - VİDEO
Video
İqtisadiyyat 4

Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir.

BAKU.WS xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.

Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir

Qeyd edək ki, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər