Vətəndaşların sahib olduğu torpaqla bağlı VACİB QƏRAR - QEYDİYYAT BAŞLADI

Vətəndaşların sahib olduğu torpaqla bağlı VACİB QƏRAR - QEYDİYYAT BAŞLADI
İqtisadiyyat 7094
Ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək. Bununla bütün növ torpaq sahələrinin hüquqi sənədlərdəki ərazi göstəriciləri ilə faktiki istifadə olunan ərazi göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qalxacaq.Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək, dövlət nəzarəti təkmilləşdirilmiş formada həyata keçiriləcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşacaq.BAKU.WS xəbər verir ki, bu barədə komitədən Trend-ə bildirilib. Verilən məlumata görə, hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri davam etdirilir. Sistemə daxil olacaq növbəti rayon Goranboydur. Bununla əlaqədar rayonda işlərə start verilib.Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılmasında əsas məqsəd ölkə ərazisində torpaq idarəetməsinin təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsidir. Bu sistemin təşkili ilə mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların sərhədləri, keyfiyyət və kəmiyyət göstəriciləri, həndəsi ölçüləri və digər məlumatlar elektron bazaya toplanır.Sistem bölgədə bütün kateqoriyalardan olan keyfiyyətli torpaqların yerləşdiyi ərazi və sahələrini dəqiq müəyyən etməyə, torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar əldə etməyə imkan verəcək.Torpaq ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatların bazaya daxil edilməsi ilə əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Elektron kadastr uçotu sistemi torpaq üzərində dövlət nəzarətinin təşkilində və torpaqların elmi əsaslarla idarə edilməsi sahəsində operativ imkanlar yaradacaq.Qeyd edək ki, ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb, 8 rayonda isə görülən işlərin nəticələri ilə bağlı təqdimatlar keçirilib və praktiki istifadəsinə başlanılıb.BAKU.WS

Son xəbərlər