Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq

Təqaüdçülərə ŞAD XƏBƏR – Gələn ildən pensiyalar xeyli artacaq
İqtisadiyyat 2659
Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır.BAKU.WS xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədəki çıxışında Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev bildirib.Nazir aparılan optimallaşdırma işlərinin, eyni zamanda əsassız təyin edilən pensiyaların ləğvi nəticəsində cari ilin 9 ayında 99 milyon manata qənaət edildiyini deyib.O bildirib ki, növbəti dövrlər ərzində bu istiqamətdə işlərin davam etdirilməsi nəticəsində həmin məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımına yönəldiləcək.Minimum əmək pensiyasının 200 manata çatdırıldığını vurğulayan S.Babayev qeyd edib ki, bununla da ölkəmiz minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə MDB məkanında birinci yerdədir.Orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.

Oxşar xəbərlər

Nazir: Gələn il pensiyalar yenidən artırılacaq

Nazir: Gələn il pensiyalar yenidən artırılacaq

"İindeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətənd...

917 İqtisadiyyat 10:07 17 oktyabr 2019

Son xəbərlər