TAP-ın genişləndirilməsi ilə bağlı təklif noyabrda müzakirə olunacaq

TAP-ın genişləndirilməsi ilə bağlı təklif noyabrda müzakirə olunacaq
İqtisadiyyat 37

Bu ilin noyabr ayında Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılması ilə bağlı təklif müzakirə olunacaq, bazar sınağı həyata keçiriləcək.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu TAP-ın İcraçı direktoru Luka Şkieppati bildirib.

“Avropa İttifaqına (Aİ) üzv ölkələrlə üzərində çalışdığımız plan var. Avropaya nəqlin artırılması zərurəti fevral ayında Bakıda artıq müzakirə olunub.

Hazırda biz Avropaya qaz tədarükünü maksimum həddə çatdırmağa çalışırıq və birgə işi davam etmək niyyətindəyik”, - L.Şkieppati vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər