SOCAR ilə Pakistan şirkətləri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
01
fev
2025
19:19
SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşüb.
Bu barədə SOCAR-dan bildirilib.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Söhbət zamanı SOCAR ilə Pakistanın neft-qaz sahəsində fəaliyyət göstərən şirkətləri arasında hazırda müzakirə edilən layihələrin statusu, əldə edilmiş irəliləyişlər, hədəflərlə bağlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşdı: "Azeri Light" 124 dolları keçdi
Dünya enerji bazarlarında qiymət artımı fonunda "Azeri Light" markalı neftin dəyəri yüksəlməkdə davam edir. BAKU.WS xəbər verir ki, Azərbaycan neftinin bir bare...