Samir Şərifov: "Bir sıra ölkələrdə yanacağın qiyməti artıb, bizdə sabit qalıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir sıra ölkələrdə yanacağın qiyməti sürətlə artıb, Azərbaycanda isə sabit qalıb".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
"Bu da Tarif (Qiymət) Şurasının siyasəti ilə bağlıdır", - o qeyd edib.
"Hazırda inflyasiya fenomeni təkcə Azərbaycana xas amil deyil. Bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə son 40 ildə görülməyən yüksək inflyasiya göstəriciləri qeydə alınır", - nazir əlavə edib.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb. Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəoikdən 80 qəpiyə qaldırılıb. “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.
Oxşar xəbərlər
Qiymət artımının qarşısını almaq üçün tədbirlər görüləcək - AÇIQLAMA
Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomo...