Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan etdi

Rusiya Azərbaycandan 52 ton meyvə-tərəvəzin idxalını qadağan etdi
İqtisadiyyat 2183
Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, buna səbəb kimi Rusiya ərazisinə karantin altında olan məhsulun idxal qaydalarının pozulması göstərilib.Saxlanılan yüklər arasında 16780 kq nar, 18025 kq pomidor və 17750 kq xiyar var. Bu məhsullar geriyə - Azərbaycana qaytarılıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər