Rusiya Azərbaycanın daha 15 müəssisəsindən pomidor idxalına icazə verib
Yeniliklərdən dərhal xəbərdar olun
“Gələn il yanvarın 1-dən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.
Qeyd edilib ki, danışıqların nəticələrinə əsasən, təqdim olunmuş məlumatlara uyğun olaraq və Azərbaycan Respublikasının səlahiyyətli qurumunun zəmanəti ilə “Rosselxoznadzor” 2021-ci il yanvarın 1-dən etibarən 15 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilməsini mümkün sayıb.
Xatırladaq bundan əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.
Oxşar xəbərlər
Rusiya Azərbaycana tətbiq etdiyi pomidor qadağasını qismən aradan qaldırdı
Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barə...