Ərəb ölkələrindən Azərbaycana milyonlar axacaq

Ərəb ölkələrindən Azərbaycana milyonlar axacaq
İqtisadiyyat 4659

 

Ərəb ölkələrindən sərməyə cəlb edilməsi üçün dekabrın 8-də Bakıda beynəlxalq sərmayə forumu keçiriləcək. Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, tədbir Fars körfəzi ölkələrindən sərmayə cəlb etmək məqsədi ilə təşkil ediləcək: "Sərmayəçilərə Azərbaycandakı biznes mühiti barədə məlumat veriləcək, ölkənin investisiya imkanlarını göstərən təqdimatlar olacaq".

Mənbənin sözlərinə görə, bu, Ərəb ölkələrindən sərmayə cəlb edilməsi üçün Azərbaycanda təşkil edilən ilk belə böyük tədbir olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər