Pomidorun qiyməti nə üçün kəskin bahalaşıb? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt bazarlarında pomidorun qiyməti bahalaşıb. Aidiyyatı qurumlar bu artımın tələb və təkliflə əlaqəli olduğunu bildirir
BAKU.WS “XəzərXəbər”ə istinadən xəbər verir ki, Bakıda pomidorun qiyməti bahalaşıb. Hələ açıq sahələrdən yığımı yekunlaşmayan bu tərəvəzin yerində qiyməti çox ucuz, paytaxtda isə bahadır.
Bəli, Bakıda topdansatışda 32 kiloqramlıq yeşiyi 50 manata satılan pomidor rayonlarda eyni çəkidə 20 manata satılır.
Ekspertlər isə hesab edir ki, bu artımın əsas səbəbi pomidor ixracının artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bazarlardakı qiymətlər tələb və təklifdən asılı olaraq dəyişir. Satıcılar qiymətlərin önümüzdəki günlərdə sabitləşəcəyini deyir.
Oxşar xəbərlər
Əhaliyə şad XƏBƏR - Bəzi məhsulların qiyməti ucuzlaşacaq
Hazırda pandemiya dövrü olsa da əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatı yüksəkdir. Belə olan halda onların qiymətində artımın müşahidə edilməsi...