Özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramı genişləndirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsi daha da genişləndirilə bilər.
BAKU.WS "report"-a istinadən xəbər verir ki, bu barədə məsələ Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında müzakirə olunub.
İclasda qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb.
Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib.
İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzl...