Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub - FOTO

Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub - FOTO
İqtisadiyyat 75

Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ƏAİZ-də investorlar üçün yaradılmış əlverişli şəraitlə tanış olub.

Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər