Ötən ay Azərbaycanda əczaçılıq və tibbi mallara xərclənən pulun miqdarı açıqlandı

Ötən ay Azərbaycanda əczaçılıq və tibbi mallara xərclənən pulun miqdarı açıqlandı
İqtisadiyyat 98

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 262,3 mln. manat xərcləyib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya məlumat verilib.

Bildirilib ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 42,2% çoxdur. Təkcə ötən ay əhaliyə 59,9 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da aprel ayı ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər