Orxan Məmmədov: "Bu günə qədər 1 493 şirkət Qarabağa sərmayə yatırmaq üçün müraciət edib"
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib.
O. Məmmədov bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır: "Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir".
Oxşar xəbərlər
Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır?
Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT ekspe...