Oqtay Şirəliyev gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləsi barədə əmr imzalayıb

Oqtay Şirəliyev gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləsi barədə əmr imzalayıb
İqtisadiyyat 740
Səhiyyə naziri Oqtay Şirəliyev “Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.BAKU.WS “Report”a istinadla xəbər verir ki, əmrə əsasən, nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq. Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.BAKU.WS

Oxşar xəbərlər

Nazir qızılca xəstəliyilə bağlı əmr imzaladı

Nazir qızılca xəstəliyilə bağlı əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.Bu barədə Səhiyyə Nazirliyi m...

991 Sosial 14:44 28 fevral 2019

Son xəbərlər