OPEC bu il üçün Azərbaycan üzrə hasilat proqnozunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2021-ci il üçün Azərbaycanda gündəlik orta neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə OPEC-in fevral ayı üzrə hesabatında deyilir.
Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu, daha əvvəlki proqnozla eynidir.
Yanvar ayında Azərbaycanda neft və maye karbohidrogenlərin hasilatı proqnoza uyğun olaraq icra edilib. Orta hesabla gündəlik olaraq 720 min barel hasilat olub ki, bunun da 590 min bareli xam neft, 130 min bareli isə kondensat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan dekabrda "OPEC+" üzrə öhdəliyini tam yerinə yetirib
2020-ci ilin dekabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 688,8 min barel olub. Bunun 587 min barelini xam neft, 101,8 min barelini isə...