Nazir: “Sumqayıt Kimya Sənaye Parkına 300 milyon manatdan çox investisiya yatırılacaq” - FOTO

İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında paylaşım edib.
Qeyd olunur ki, parka əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, - paylaşımda vurğulanır.
5,3 mlrd. ₼ #investisiya yatırılıb və 6.000-dən çox insan daimi işlə təmin olunub. Əlavə 300 mln. ₼-dan çox investisiyanın yatırılması və 2.000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 21, 2022
2/2#EconomyAz #İZİA pic.twitter.com/4cWOc1aSto

Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...