Nazir pandemiyadan zərər çəkmiş sahibkarların kreditləri üzrə verilən zəmanətin həcmini açıqladı - FOTO

“Özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin iyun ayından bu ilin 1 oktyabrınadək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 291,8 milyon manat həcmində zəmanət verilib”.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında yazıb.
“Pandemiyadan zərər çəkmiş sahibkarlara kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat həcmində zəmanət verilib. Bu kreditlərin illik faiz dərəcəsinin 50%-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 milyon manat vəsait ödənilib”, - deyə nazir bildirib.
həcmində zəmanət verilib. Bu kreditlərin illik faiz dərəcəsinin 50%-nin subsidiyalaşdırılması məqsədilə sahibkarlara 36,2 mln. ₼ vəsait ödənilib.
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 2, 2022
2/2#EconomyAz #SİF pic.twitter.com/GvC3Wdg8ee
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Pandemiya və iqtisadi məhdudlaşmalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərir”
İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üç...
