Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”

Nazir: “Azərbaycan və Rusiya arasında ticarət əlaqələri artır”
İqtisadiyyat 23

“Bakıda Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikovla aparılan danışıqlar Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verib”.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Maksim Reşetnikov ilə görüşün nəticələrinə görə keçirilən brifinq zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığının artımı qeydə alınır, bu da birgə əməyin nəticəsidir.

Belə ki, nazirin sözlərinə görə, 2023-cü ilin nəticələrinə görə ölkələr arasında ticarət dövriyyəsi 17% artıb.

“Biz inanırıq ki, həmkarımın səfəri gələcək iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün çox faydalı olacaq”, - Mikayıl Cabbarov qeyd edib.

Son xəbərlər