Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2 dəfədən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasında aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, bu ilin ilk 5 ayında həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.
Bu il iyunun 1-nə Naxçıvanda əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...