Mikayıl Cabbarov: "Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb"
Yeniliklərdən dərhal xəbərdar olun
Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, o cümlədən sənaye sektoru 4 dəfə, aqrar sektor isə 2 dəfəyə yaxın böyüyüb. Bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün zəmin yaradıb.
BAKU.WS xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu sahədə uğurlarımız biznes fəaliyyətində özünü göstərib.
“İyirminci əsrin sonlarında bazar iqtisadiyyatının formalaşmasına start verildi. Ulu öndərin apardığı islahatlar sahibkarlığın dirçəlməsinə, inkişafına öz töhfəsini verdi. Bu sahədə qanunvericilik bazasının inkişafı, sahibkarlarla münasibətlərin formalaşdırılmasında da yüksək nəticələr əldə edilib.
Son 18 il yarıma yaxın olan dövrdə ölkə iqtisadiyyatının üç-dörd dəfə artması, sənayenin dörd dəfə, kənd təsərrüfatı məhsulunun iki dəfəyə yaxın artması sahibkarlığın inkişafı üçün zəmin yaradıb. Hər şeyin kökündə isə sabitlik, makroiqtisadi sabitlik dayanır.
Dayanıqlı inkişaf meyli nümayiş etdirən Azərbaycanda sahibkarlığın genişlənməsi həyata keçirilən sosial iqtisadi inkişaf strategiyasının daim mərkəzində olub.
Ötən illərdə bu sahədə sistemli tədbirlər həyata keçirilib. Biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi barədə gördüyümüz işlər sahibkarlığın inkişafında mühüm rol oynayır”.
Oxşar xəbərlər
““Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib. Energ...