Mikayıl Cabbarov Orta Dəhlizin regional inteqrasiyada rolundan danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Orta Dəhliz regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Çin və Qlobal İdarəetmə Təşəbbüsü" adlı paneldə deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir:
"Orta Dəhliz yalnız Çinlə Türkiyə və Avropa arasında, eləcə də əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil. Bu marşrut daha da önəmlisi regionun iqtisadi, ticarət və investisiya inteqrasiyasının gücləndirilməsi üçün mühüm vasitə kimi istifadə olunur".
Nazir həmçinin bildirib ki, Azərbaycan beynəlxalq hüquqla ayaqlaşmağın əhəmiyyətini yaxşı bilir:
"Biz düzgün və müvafiq alətlərdən istifadə edərək iqtisadi ticarəti regionda da artırmalıyıq. Regionda baş verən hadisələr göstərir ki, beynəlxalq münasibətlər transformativ mərhələdədir".
Oxşar xəbərlər
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədəki müəssisələrində istehsal olunan 657 min 421 ton neft, neft-kimya və qaz-kimya məhsulla...