Mikayıl Cabbarov Laziz Kudratov ilə görüşüb
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviq barədə müzakirələr aparılıb.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb.
Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.
Tərəflər gündəlikdə duran məsələlər, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparıblar.
*** 15:19
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparılıb.
#Özbəkistan-ın investisiya, sənaye və ticarət naziri, həmkarım Laziz Kudratovu #Azərbaycan-da yenidən qarşılamaqdan məmnun olduq. Ölkələrimiz arasında #ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı… pic.twitter.com/uRW3LUeF0m
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 30, 2025
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları, yaxud 2,5 % artaraq 67,94 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...