Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 mlrd. manatı keçib” - FOTO

Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 mlrd. manatı keçib” - FOTO
İqtisadiyyat 70

“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib”.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında qeyd edib.

O bildirib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatıb.

“Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”, - deyə nazir qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər