Mikayıl Cabbarov: "Belə əlamətdar gündə məğlub ola bilməzdik!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atdı”.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov feysbuk səhifəsində yazıb.
Federasiya prezidenti qeyd edib ki, idmançılarımız yarışın son günündə 2 qızıl, 1 bürünc medal qazanıb:
“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”, - deyə Mikayıl Cabbarov bildirib.
Oxşar xəbərlər
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
Azərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq. B...